MTRŞ-dən “Space” ilə bağlı AÇIQLAMA: "Yaxın gələcəkdə bu kanal..."

MTRŞ-dən “Space” ilə bağlı AÇIQLAMA:
 
Milli Televiziya və Radio Şurası (MTRŞ) 31 Mart – Azərbaycanlıların soyqırımı günündə "Space” televiziyasında musiqili-əyləncəli proqramın nümayiş etdirilməsinə münasibət bildirib.
 
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ONA-ya deyib ki, qanunvericilikdə soyqırımı günündə teleradio yayımçılarının proqram setkası ilə bağlı konkret tələb yoxdur.
 
Onun sözlərinə görə, yalnız rəsmən elan olunmuş matəm günləri ilə bağlı tələblər var, həmin günlərdə reklam və əyləncəli efir materialları verilməməlidir.
 
"Lakin məlumdur ki, 31 Mart dövlət tərəfindən rəsmən soyqırımı günü elan olunub və bununla bağlı Prezident fərmanı var. Bu isə hər kəsin, o cümlədən yayımçıların həmin gündə məsuliyyətli olmalarına əsas verir. Digər tərəfdən teleradio yayımçıları Azərbaycanın vətəndaş cəmiyyətinin mühüm avanqard tərkib hissələrindəndir. Onlar cəmiyyət üçün həssas məqamlarda daha çevik davranmalıdırlar. Rəsmən soyqırımı günü elan olunmuş tarixdə hansısa ad günü tədbirinin, əyləncəli şou-proqramın təxirə salınması kanal üçün problem olmamalı idi. Yəqin ki, gələcəkdə həmin kanal ictimaiyyətin qınağına tuş gələn bu addımı bir daha təkrarlamaz”, - deyə T.Dadaşov qeyd edib.
 
Qeyd edək ki, dünən - 31 Mart Soyqırım Günündə "Space” telekanalında "Ad günü” adlı musiqili-əyləncəli proqram nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...