MSK-ya yeni üzv təyin edildi

MSK-ya yeni üzv təyin edildi
 

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi haqqında” qanun layihəsinə baxılıb.

Sfera.az report-a istinadən xəbər verir ki, parlamentin heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) deputatlarının yığıncağına sədrlik edən MM sədrinin müavini Valeh Ələsgərovun adından MM sədri Oqtay Əsədova müraciət ünvanlanıb.

Qeyd olunub ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edəcək Rövzət Qasımovun namizədliyi parlamentin müzakirəsinə təqdim olunur.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, R.Qasımov 21 ildir MSK-da çalışır. 1998-2011-ci illərdə Beynəlxalq əlaqələr şöbəsinün müdiri olub, 2011-ci ildən isə MSK Katibliyinin müdiridir. Onun MSK-nın beynəlxalq əlaqələrinin qurulmasında müstəsna xidmətləri var.


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...

"Hücumlar artacaq, hətta növbəti aylarda..." - Ukrayna-Rusiya gərginliyi PİK HƏDDƏ

  “Baydenin göstərişi ilə Ukraynaya uzaqmənzilli “ATACMS” raketlər göndərilib. Lakin bu, Kiyevin tələbi ilə olmayıb”.  ...

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...