İdman

Mourinyo bu komandada çalışacaq

Mourinyo bu komandada çalışacaq
 

Tanınmış portuqaliyalı məşqçi Joze Mourinyo gələcək karyerası ilə bağlı seçim edib.

Sfera.az bildirir ki,  bunu Fransanın "Lion” klubunun prezidenti Jan-Mişel Olyas açıqlayıb.

O, J.Mourinyonun Liqa1 klubunun baş məşqçisi olmaqdan imtina etməsinə şərh verib: "Biz onunla mesajlaşdıq. Söhbətimiz çox xoş keçdi. Amma bizim təklifimizi qəbul etmədi. Çünki özünün yeni klubunu müəyyənləşdirib”.

 

Silvinyonu istefaya göndərən "Lion” onun yerinə məhz J.Mourinyonu gətirmək istəyib. Braziliyalı cari mövsümün startındakı uğursuzluğa görə postundan kənarlaşdırılıb.

Böyük Britaniya KİV-i mütəxəssisin "Real” və ya "Tottenhem”də çalışmaq istədiyini iddia edir. O, "Mançester Yunayted”dən ayrıldıqdan sonra 10 aya yaxındır işsizdir.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930