Mourinyo 7 futbolçunu göndərib, bu ulduzları transfer edir - SİYAHI

Mourinyo 7 futbolçunu göndərib, bu ulduzları transfer edir - SİYAHI
Premyer Liqada çempionluq yarışından uzaq düşən, Çempionlar Liqasında 1/8 finalda uduzan "Mançester Yunayted" heyətində islahatlara başlayır. 

Sfera.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo 7 futbolçunu komandadan göndərmək qərarına gəlib. Belə ki, portuqaliyalı mütəxəssis gələn mövsüm Daley Blind, Kris Smallinq, Luke Şav, Ander Herrera, Xaun Mata, Marouane Fellaini və Antoni Martialı heyətdə görmək istəmir.

Əvəzində "Tottenhem"dən Danni Rose, "Şaxtyor"dan Fred, "Çelsi"dən Villian və "Real"dan Qaret Beylin alınmasını istəyir.(fanat.az)

OXŞAR XƏBƏRLƏR