Moskva qərar verdi - İbrahimov təəssüf etdi

Moskva qərar verdi - İbrahimov təəssüf etdi

Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə qərarını qüvvədə saxlaması böyük təəssüf hissi doğurur.

Sfera.az xəbər verir ki, bu haqda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasında qeyd olunub.

Açıqlamada bildirilib ki, ÜAK rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əmindirlər: "Bununla yanaşı, xüsusi olaraq vurğulamağı vacib hesab edirik ki, beynəlxalq münasibətlərin son dərəcə həssas və mürəkkəb bir dövründə qəbul olunan bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil”.

Açıqlamada Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə müxtəlif səviyyələrdə danışıqlar aparıldığı, ayrı-ayrı görüşlər zamanı mövzunun dəfələrlə müzakirə olunduğu, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşdığı diqqətə çatdırılıb: "Apellyasiya Kollegiyasının bütün bunlara baxmayaraq, Konqresin ləğvi barədə qərarı qüvvədə saxlaması ölkələrimizin inkişaf edən münasibətlərinə kölgə salmaqda maraqlı olan qüvvələrin mövcudluğunu bir daha təsdiqləyir. Hesab edirik ki, ötən müddət ərzində ÜAK-ın iki ölkə arasında əlaqələrin möhkəmlənməsi, xalqlarımızı bir-birinə bağlayan mədəni dəyərlərin, tarixi ənənələrin təbliği istiqamətindəki fəaliyyətini nəzərə almadan qəbul olunmuş bu qərar çoxmillətli Rusiyanın milli siyasətinin əsas prinsiplərinə, qədim dostluq münasibətlərinə malik xalqlarımızın qarşılıqlı mənafelərinə cavab vermir”.

Açıqlamada bildirilib ki, Azərbaycana qarşı bir sıra xarici dairələr, müxtəlif şəbəkələrin sifarişi əsasında qeyri-şəffaf məqsədlər üçün yaradılmış qurumlar tərəfindən qərəzli iddialar əsasında böhtan kampaniyalarının intensivləşdiyi bir vaxtda strateji tərəfdaş hesab etdiyimiz Rusiyada ən böyük diaspor təşkilatının fəaliyyətinin dayandırılması yalnız acı təəssüf hissi doğura bilər.

"Yaxın tarix göstərir ki, müəyyən dövrlərdə, xüsusilə Azərbaycan qlobal əhəmiyyətli layihələrə imza atarkən ciddi təzyiqlərə və təhdidlərə məruz qalır, ölkəmizə qarşı təxribat xarakterli addımlar atılır, dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərin gərginləşdirilməsinə yönəlmiş ssenarilər həyata keçirilir. Bu baxımdan, heç şübhə yoxdur ki, ÜAK-ın ləğvi yalnız iki ölkə arasındakı qarşılıqlı etimadı zəiflətmək, dövlətlərarası münasibətləri zədələmək məqsədi güdən qüvvələrin maraqlarına xidmət edə bilər.

Əminik ki, ÜAK-la bağlı qəbul olunmuş qərar Rusiyada, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı ruhdan salmayacaq, diaspor təşkilatlarının fəaliyyətinin zəifləməsinə səbəb olmayacaq, əksinə həmvətənlərimizi milli-mədəni birlik, xalqlararası dostluq və əməkdaşlıq ideyası ətrafında daha sıx birləşməyə sövq edəcəkdir. Eyni zamanda, ümid edirik ki, yuxarı instansiya məhkəməsi Rusiyanın azərbaycanlı vətəndaşlarının ictimai mənafelərini, iki ölkənin qarşılıqlı münasibətlərinin inkişafındakı rolunu, strateji tərəfdaşlıq münasibətlərini, xalqlarımızı birləşdirən çoxəsrlik dostluq ənənələrini nəzərə alaraq, Ümumrusiya Azərbaycan Konqresi haqqında ədalətli qərar qəbul edəcək”, - deyə açıqlamada bildirilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...