Moskva metrosunda partlayış

Moskva metrosunda partlayış

Moskvanın "Kolomenskaya" metrostansiyasının vestibülündə partlayış baş verib.

AzVision.az "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər xəsarət alıb. 

Partlayış metro keçidində tikinti aparan şirkətinə məxsus qaz balonunda baş verib. 

Hadisə yerinə xeyli sayda polis maşını, iki təcili tibbi yardım və dörd yanğınsöndürən maşın cəlb olunub. 

Moskva Metropoliten Administrasiyası stansiyanın cənub vestibülünün bağlı olduğunu bildirib. 



OXŞAR XƏBƏRLƏR