Moskva Ankara yaxınlaşması: ZORƏN MÜTTƏFİQLİK, YOXSA…

Moskva Ankara yaxınlaşması: ZORƏN MÜTTƏFİQLİK, YOXSA…
 

"Uzun müddətli perspektivdə Ankaranın Rusiya və Çinlə mövcud olan strateji müttəfiqliyinin davamlı olacağına inanmıram”.


Sfera.az-a açıqlamasında bu sözləri S-400 raketlərinin alınması fonunda Türkiyə ilə Rusiya arasındakı yaxınlaşmanın daha haralara qədər inkişaf edə biləcəyinə dair sualı cavablandırarkən politoloq Natiq Miri deyib.


Politoloq qeyd edir ki, Ankaranın Moskva ilə hazırda həyata keçirdiyi bu yaxınlaşma məcburi idi: "Türkiyə-Rusiya yaxınlaşmasına yönəlik müxtəlif şərhlər, analizlər verilir. Ancaq düşünürəm ki, bu yaxınlaşmanın daha da inkişaf edəcəyilə bağlı uzağa gedən nəticələr çıxarmaq doğru deyil. Əslində Ankaranın Moskva ilə olan hazırkı əməkdaşlığı, ondan S-400 raketlərini alması Türkiyənin NATO üzrə "müttəfiqlərindən” lazım olan dəstəyi bilavasitə ala bilməməsilə əlaqəlidir. Təhdidləri dəf etmək üçün Türkiyənin havadan müdafiə sistemlərinə ehtiyacı olsa da, Qərb "müttəfiqləri” özlərinin havadan müdafiə sistemlərini qardaş ölkənin ərazisindən çıxardı. Habelə Suriyada cərəyan edən və Türkiyənin maraqlarına cavab verməyən hadisələr fonunda Ankara mütləq mənada NATO müttəfiqlərinə alternativ axtarmalı idi.Belədə Türkiyə havadan müdafiə sistemlərilə bağlı öncə Çinə, sonra da Rusiyaya müraciət etmək məcburiyyətində qaldı.Yəni bu yaxınlaşma məcburi idi. Bu addımlarla TürkiyəABŞ başda olmaqla NATO üzrə xəyanətkar müttəfiqlərə göstərmək istəyirdi ki, tək deyil və dünyada Şimali Atlantika blokuna alternativ güclər var”.


Politoloq onu da vurğuladı ki, Rusiya heç zaman güvənli tərəfdaş olmayıb və olmayacaq:"Unutmayaq ki, hazırda NATO-ya qarşı Türkiyə Rusiya kartından yararlansa da bu, heç bir halda qardaş ölkə üçün Moskvanın strateji müttəfiq olması anlamına gəlmir. Yaddan çıxarmayaq, Rusiya heç bir zaman güvənli strateji tərəfdaş, müttəfiq olmayıb. Bütün zamanlarda Rusiya özünün ən strateji müttəfiqlərini belə öz maraqlarıkontekstində hər zaman satıb və onlar bundan sonra da həmin siyasəti davam etdirəcək. Bunu Ankara da bilməmiş deyil ki, Moskva öz geosiyasi maraqları naminə rahatlıqla hər an Türkiyəni ABŞ-a sata bilər. Türkiyə bütün bunları göz qarşısına almalıdır. Bilirsiniz ki, Ankaranın Şərqi Aralıq dənizində qaz-neft axtarışları həyata keçirməsinə qarşı Qərb tərəfindən Türkiyəyə əleyhinə koalisiya yaranıb.Belə bir vəziyyətdə, Ankara Rusiyadan dəstək gözlədiyi halda, Moskva Türkiyənin Şərqi Aralıq dənizinə 3-cü axtarış-araşdırma gəmisini göndərməsinə narahatlığını ifadə edib. Bu amil Türkiyəyə siqnal olmalıdır ki, strateji məqamda Rusiya öz maraqları naminə çox rahatlıqla Ankaranı satacaq. Uzun müddətli perspektivdə Ankaranın Rusiya və Çin kimi ölkələrlə belə bir strateji müttəfiqliyinin olacağına inanmıram”.

 

 

Qeyd edək ki, Qərbin kəskin etirazına baxmayaraq Rusiyadan alınan S-400 raketlərinin Türkiyəyə gətirilməsinə başlanılıb. Bu fonda fikirlər səslənir ki, Ankara ilə Moskva arasında münasibətlər intensivləşərək Qərbin ziyanına olmaqla daha dərin çalarlara qədər inkişaf edə bilər.

Elçin


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...