Mobil telefonun VÜCUDA İNANILMAZ ZİYANI

Mobil telefonun VÜCUDA İNANILMAZ ZİYANI

Siz elə indi "facebook"da dostlarınızın yeni foto və statuslarını nəzərdən keçirirsiniz? Yaxud da dostunuzla sadəcə məktublaşırsınız? Onda sizə bəd xəbərimiz var.
Sfera.az publika.az-a istinadən xəbər verir ki, telefonda, internetdə daha çox vaxt keçirən insanların qozbelə çevrilmək ehtimalı daha çoxdur. Odur ki, qədd-qamətiniz barədə düşünməyə dəyər. Əgər siz səhv oturur və ya düzgün dayanmırsınızsa, bu halda bilmədən onurğa sütununu 27 kiloqramadək yükləmiş olursunuz.

Bu gün insanlar orta hesabla gündə təxminən dörd saat mobil telefondan istifadə edir. Bəzi hallarda bu rəqəm hətta 10-a kimi qalxa bilər. Telefondan istifadə zamanı səhv dayanmaq və oturmaq onurğa sütununda kifayət qədər ciddi zərərlərə gətirib çıxara bilər. Adamın başının çəkisi orta hesabla 10-12 kq-dır, bu isə o deməkdir ki, onurğa sütunu yüklənib və o, daim fəaliyyət göstərir. Əlbəttə ki, siz başınızı aşağı əyməmisinizsə. Məsələ ondadır ki, başınızı aşağı sallayaraq onurğa sütununun yükünü artırmış olursunuz.

Son tədqiqatların nəticələri göstərir ki, əgər siz cəmi 15 dərəcə başınızı əysəniz, onurğa sütununun yükünü 12 kiloqramadək artırarsınız, əgər 30 maillik dərəcə təşkil edərsə, yük 20 kq-a qədər, 45 dərəcədə 22 kq-dək, 60 dərəcə maillikdə olduqda isə yük 27 kq-dək artacaq. Ən acınacaqlısı odur ki, insanların əksəriyyəti telefondan istifadə zamanı başını 60 dərəcə altında saxlayır. Sözsüz ki, bütün bunlar kifayət qədər ağır fəsadlara gətirib çıxarır.
Odur ki, bu andan etibarən telefonda hər hansı mətn oxuyarkən son dərəcə diqqətli olun, başınızı çox aşağı əyməyin, qaməti isə düz saxlayın. Bütün yükün onurğa sütununa düşməməsi üçün telefonu maksimum yuxarıda tutmağa çalışın.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...