Mingəçevirdə təcili yardım stansiyasına hücum olub? - AÇIQLAMA

Mingəçevirdə təcili yardım stansiyasına hücum olub? - AÇIQLAMA
Mingəçevirdə vətəndaş Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) dava salıb. 

Sfera.az xəbər verir ki, axşam saatlarında TTTYS-nin növbətçi bölməsinə gələn şəhər sakini dispetçer otağına daxil olaraq əməkdaşları təhqir edib, avadanlıqlara ziyan vurub.

Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının TTTYS-na 19.09.2021-ci il tarixində saat 21:02-də Yusibova Nərgiz üçün mədə ağrısı narahatçılığı ilə çağırış edilib:

"Çağırış edən şəxsə həmin saatda növdə olan hər 2 təcili yardım briqadasının digər çağırışlarda olduğu bildirilib və bir qədər gözləmələri məsləhət görülüb. Lakin xəstə yaxını Məmmədov Bəxtiyar gözləməyib, xəstəni təcili yardım bölməsinə aparıb. Xəstəni qəbul edən həkim xəstədə cərrahi müdaxiləyə ehtiyacın olmadığını bildirdikdən sonra ona ilkin tibbi yardım göstərib. İlk tibbi yardımdan təxminən 7-10 dəqiqə ərzində Yusibova Nərgiz Vasif qızının ağrıları azalıb.

Xəstə təcili yardımda olduğu müddətdə xəstə yaxını B.Məmmədov TTTYS-nin dispetçer otağına daxil olub, orada kobud ifadələrlə işçiləri təhqir edib, stol, stulları dağıdıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Sonra təcili yardıma gedərək həkimdən xəstənin daha 1 saat burada qalmasını tələb edib. Lakin həkim buna ehtiyac olmadığını bildirərək xəstəni evə göndərib və ixtisas həkiminə müayinə olunmağı məsləhət görüb”.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...