Mingəçevirdə məktəbdə yanğın: şagirdlər təxliyə edildi
10:02 / 11.01.2019
2116
Mingəçevir şəhərində orta məktəbdə yanğın olub.
"Report" xəbər verir ki, hadisə məktəbin ikinci mərtəbəsindəki paylayıcı şitdə qısaqapanma nəticəsində baş verib.
Məktəbin 10-cu sinif şagirdlərindən biri yanğınsöndürmə balonu ilə yanğını qismən neytrallaşdırıb. Bundan sonra şagirdlər təxliyə olunub.
Hadisə yerinə FHN-nn üç yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, tüstüdən narahatlıq keçirən şagirdlər evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.