Milyarderlə birlikdə kosmosa uçacaq şəxslərin adları açıqlandı - FOTO

Milyarderlə birlikdə kosmosa uçacaq şəxslərin adları açıqlandı - FOTO
"Amazon” şirkətinin təsisçisi Ceff Bezos öz şirkəti olan "Blue Origin” tərəfindən təkmilləşdirilən raket vasitəsilə kosmosa çıxmağa hazırlaşır.
 
Sfera.az xəbər verir ki, milyarder iş adamı və digər 3 nəfər Yer və kosmosun ayrıldığı Karman xəttini keçməsi planlaşdırılan kosmik gəmidə olacaq. 
 
Bəs, Ceff Bezosla birgə bu uçuşda iştirak edəcək şəxslər kimlərdir?


Mark Bezos



Ceff Bezos bu uçuşa qardaşı Mark Bezosu da dəvət edib. Bezos Ailə Vəqfini idarə edən və ixtisasça maliyyəçi olan Mark eyni zamanda könüllü olaraq yanğınsöndürənlik edir. Mark Ceffdən 6 yaş kiçikdir. Ceffin sürpriz formada qardaşını da uçuşa dəvət etməsi ilə bağlı video sosial mediada geniş kütləyə yayılıb.

Voli Fank



82 yaşlı Voli Fank həyatının arzusunu həyata keçirən ən yaşlı astronavt olacaq.

9 yaşında ilk uçuş dərsini alan Fank qadın astronavt yetişdirməyi hədəfləyən "Mercury 13” layihəsini uğurla başa vurub və kişilərə tətbiq olunan bütün dözümlülük sınağından uğurla keçib. 
Ancaq seksist yanaşmalar səbəbilə proqram rədd edilib. Kosmosa çıxa bilməməsinə baxmayaraq Fank çox uğurlu aviasiya karyerası keçib.

Oliver Daemen



18 yaşlı Oliver Daemen ən gənc astronavt olacaq. Xüsusi pilot lisenziyasına sahib olan Daemen gələn il universitetdə fizika təhsili alacaq.
Qeyd edək ki, kosmos bileti 28 milyon dollara auksionda satılır. Hollandiyalı gəncin biletinin pulunu isə daşınmaz əmlak şirkətinin rəhbəri olan atası ödəyib. 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR