Milli Azərbaycan Tarixi Muzeyində “Yeniləşən Azərbaycan və gənclik” adlı tədbir keçirildi

Milli Azərbaycan Tarixi Muzeyində “Yeniləşən Azərbaycan və gənclik” adlı tədbir keçirildi

 

20 dekabr 2019-cu ildə AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Yeniləşən Azərbaycan və gənclik” adlı tədbir keçirilmişdir.

 

Muzeyin YAP "Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı ilə "Milli Fədailər Hərəkatı”nın təşkilatçılığı ilə keçirilən tədbir dövlət himninin səsləndirilməsi və "Gənclər siyasəti” filminin nümayişi ilə başladı.

 

İştirakçıları salamlayaraq, "İnamla, İlhamla qələbəyə doğru” məruzəsi ilə çıxış edən muzeyin "Elmi-kütləvi iş və təhsil” şöbəsinin baş mütəxəssisi, YAP "Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova tədbirin önəmi barədə məlumat verərək, Azərbaycan Prezidenti İlham Əliyevin qayğı və diqqəti sayəsində son illərdə azərbaycanlı gənclərin mühüm uğurlara nail olduğunu, bacarıq və imkanlarının yeni səviyyəyə çatdığını və hüquqlarının genişləndiyini vurğuladı.

 

Daha sonra məruzə edən Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşları - "Numizmatika və epiqrafika" elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, t.ü.f.d. Sevinc Nəsirova, "Elmi-kütləvi iş və təhsil” şöbəsinin əməkdaşı Zümrüd İsmayılova, həmçinin "Milli Fədailər Hərəkatı”nın üzvləri - sədr Fuad Muradov, sədrin birinci müavini Akif Səfərov, sədrin müşaviri Böyükbəy Əliyarbəyov və həmin Hərəkatın üzvü Zülfiyyə Nuriyeva dövlət başçısının mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətində olan uğurlarını qeyd edərək, yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalı inkişafının təmin edildiyini vurğuladılar. Məruzəçilər ölkə başçısının azərbaycanlı gənclər sırasında kadr potensialının artırılması və Azərbaycan gənclərinin beynəlxalq məkana inteqrasiyasının təmin olunmasına hərtərəfli dəstək verdiyini bildirərək, onun siyasətini alqışladıqlarını bildirdilər.


Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyevin canlı ifasında səsləndirilən "Heydərimiz” mahnısı (sözləri: Gülər Əlvan qızı; bəstə: Aytən İbrahimova) tamaşaçıların gur alqışlarına səbəb oldu.

 

Məlumatı tərtib edən: Aygün Məmmədova (Tarix Muzeyi) 




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...