“Mikayıl Gözəlov güllələnəndən sonra ermənilər bizə dedi ki...” - Şuşanın “Qəmlo”su...

“Mikayıl Gözəlov güllələnəndən sonra ermənilər bizə dedi ki...” - Şuşanın “Qəmlo”su...
Qarabağ müharibəsində itirdiyimiz rayonların işğal altında olmasından artıq 26 ildir ki, vaxt keçir. Bizsə hələ də sadəlöhvcəsinə hər il o torpaqlara qayıdacağımız günün ümidi ilə yaşayırıq.
 
Haqqında bəhs edəcəyimiz adam Şuşanın müdafiəsi üçün öz qanı və canıyla əlindən gələni edib. Aləmşah Rəhimov 1960-cı ildə Şuşa şəhərində anadan olub. Ona həm də Şuşanın Qəmlosu deyirlər. 

Beləliklə,  A.Rəhimovla söhbəti təqdim edirik:

"1988-ci ildə fevralın 8-də ermənilər ilk mitinqə cəhd etsələr də alınmadı...”

"1960-cı ildə Şuşa rayonunun Şırlan kəndində anadan olmuşam. Orta məktəbin üçüncü sinifinə kimi Şırlan kəndində və sonra Xankəndinə köçüb onuncu sinifə kimi orda oxumuşam. Çoxları Qarabağ hadisələrinin 1988-ci ildə başladığını desə də, mən bununla razı deyiləm. 1988-ci ildə bu artıq hadisələrin yetişmiş forması idi. 1988-ci ildə fevralın 8-də ermənilər ilk mitinqə cəhd etsələr də alınmadı və 13-də ikinci dəfə mitinq keçirdilər. 1987-ci ildə Donetsk şəhərində Ali Hərbi məktəbdə kursu bitirib Şuşaya qayıtdım. Onu da qeyd edim ki, Xankəndindəki bina evlərində azərbaycanlıların evləri birinci və sonuncu mərtəbədə idi. Çünki bunlar ən narahat mərtəbələr olduğu üçün bizim millət orda yerləşdirilmişdi, orta mərtəbələrdə isə ermənilər yaşayırdı. Xankəndində üç azərbaycanlıya orta mərtəbələrdə ev verilmişdi ki, onlar da vəzifə adamları idi”. 

"Məni həbs edənlər ermənilərin "Krunk” komitəsinin üzvləri idi...”

"1988-ci ildə azərbaycanlılardan ibarət nümayəndə həyətinin tərkibində mən və Ramiz Qəmbərov olmaqla ermənilərin Xankəndindəki vəhşiliklərinə görə Moskvaya şikayətə getdik. Bizi burdan şair Baba Vəziroğlu yola saldı. Kremldə çox kəskin çıxış etdik və bildirdim ki, biz Azərbaycana qayıtdıqdan sonra şərlənərək həbs edilsəm, heç də təəccüblənməyəcəm. 1988-ci ildə evimizi Şuşadakı başqa bir adamla dəyişdik və mən Şuşaya qayıtdım. Amma Ramiz Qəmbərov dedi ki, bir müddət buradan uzaqlaşsan yaxşıdır, çünki məni izləyirdilər. Xankəndində məni həbs edib bir gün saxlayıb və çox möhkəm döydülər. Məni həbs edənlər ermənilərin "Krunk” komitəsinin üzvləri idi”. 

"Mikayıl Gözəlov öləndən sonra ermənilər rabitə vasitəsi ilə dedi ki...”

"Sonra Şuşada özünümüdafiə batalyonu yaradıldı və batalyona Milli Qəhrəmanımız Ramiz Qəmbərov başçılıq edirdi. Əgər kənar müdaxilələr olmasaydı, Şuşanı müdafiə etmək olardı. Biz Şuşanın icra başçısı Mikayıl Gözəlovun güllələnməsindən sonra ruhdan düşdük. Mikayıl Gözəlov öləndən sonra ermənilər rabitə vasitəsi ilə dedi ki, içinizdə bir kişi var idi, onu da güllələdilər. Əslində Turşsu ərazisində Mikayıl Gözəlovun, Yuri Kovalyovun, Tamerlan Qayeyev və bir neçə şəxslərin olduğu helikopter vurulmuşdu və pilot helikopteri yerə endirə bildiyi üçün onlar sağ qalmışdılar”. 

"Şuşanın işğal olunması Kərkicahan qəsəbəsinin və Quşçular kəndinin işğalı ilə başladı...”


"Daşaltıya biz girəcəkdik və əgər biz o əməliyyatı həyata keçirsəydik, daşı daş üstə qoymayacaqdıq. Dekabr ayında bu əməliyyatda bizim iştirak etməyimizlə bağlı məlumat verilmişdi, amma sonradan bizə icazə verilmədi. Hətta bir dəfə Daşaltıya içi partlayıcı ilə dolu traktor təkəri buraxmışdıq, çünki kənd enişdə yerləşirdi və təkərin partlaması nəticəsində bir neçə erməni hərbçisi həlak olmuşdu. Bundan sonra ermənilər qəzetdə "Türk dayılarından ermənilərə yeni il hədiyyəsi” başlıqlı yazı da dərc etmişdilər. Dünyanın harasında görünüb ki, müdafiə naziri öz yerində bir kəndin alınması üçün əməliyyat təşkil edə və bu da uğursuzuluqla nəticələnsin. Daşaltını azad etmək üçün bir tağım bəs edirdi, amma əməliyyat planı düzgün qurulmadı deyə sonu da məğlubiyyətlə nəticələndi. Şuşanın işğal olunması Kərkicahan qəsəbəsinin və Quşçular kəndinin işğalı ilə başladı.  Ailəm Bərdə şəhərində idi və mən mayın 4-də evə məzuniyyətə qayıtdım. Mayın 11-də Şuşaya qayıtmalı idim, amma mayın 8-də Şuşa işğal olundu...” Moderator.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...