Məzarda Başınıza nələr gələcək? Məzardan gələn səslərə Səbəb? 40 Çıxmaq Nədir? Hamısının cavabı! ŞOK

Məzarda Başınıza nələr gələcək? Məzardan gələn səslərə Səbəb? 40 Çıxmaq Nədir? Hamısının cavabı! ŞOK
Ölüm hər canlının başına gələcək bundan qaçış yoxdur. Gözəllik, zənginlik, yaraşıqlılıq, olmur, dəriniz quru olmasın deyə sürdüyümüz kremlər də etibarlı deyil ... Yaxşı öldükdən sonra məzarda nələr olur, başınıza nələr gələcək bilirsinizmi?
İnsan bədəni öldükdən dərhal sonra dəyişikliklər başlayır. Basdırılmanızla birlikdə bədəniniz həm içdən həm də xaricdən gələn təsirlərlə sürətli bir parçalanma müddətinə girəcək. Daha sonra insandan insana dəyişsə də ortalama 4 il içində geriyə skeletiniz qalır. Sfera.az öldükdən sonra torpaq altında başımıza gələcəkləri təqdim edir ...
ÖLDÜKDƏN SONRA İLK YARIM SAAT
İlk yarım saat içində bütün reflekslər itir. Göz qapaqları bağlana bilmir, əzələlər boşalır, ağız isə açıq qalır. Boşaltım sistemi tamamilə özünü salır və sidik, tüpürcək və sperma axıntısı meydana gəlir.
ÖLDÜKDƏN sonra bədən istiliyi
Ölüm anından sonra cəsəd, hər saat orta hesabla 1 dərəcə soyuyur. Köklərin daxili orqanları daha gec soyuyur. Uşaqların və zəiflərin bədəni ortalamadan daha tez soyuyur.
bədənin çürüməsi
Ölümün reallaşmasından 24 saat sonra bədən çürüməyə başlayır. Tənəffüsün dayanması bakteriyalar üçün işarə olur və işə başlayırlar. İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bağırsaqlar. Cəsəd kök isə daha tez çürüyərkən, körpələr və duzlu suda boğulanlar daha gec çürüyür. Ən gec çürüyən qisimlər isə ürək, məsanə, böyrək və uşaqlıq. Uşaqlığını çürüməsi aylarla davam edir.
BƏDƏN NİYƏ şişir?
Ölüm sonrasında, oksigen alışı və enerji istehsalı dayandığı üçün hüceyrələrin funksiyaları axsamaya başlayır və tullantı maddələrdən xilas ola bilməyən hüceyrələr şişməyə başlayırlar. İlk çürüyən yer olan mədə və bağırsaqlarda bakteriyalar sıx çalışdıqları üçün sürətlə qaz ortaya çıxır. Bu qaz, qarın bölgəsinin şişməsinə səbəb olur. Dərinin üstü yanıq kimi su toplarkən, bədəndə yığılan sulfid üzündən rəng qaraya dönməyə başlayır. Şişməyə başlaması, sıxlıqla ölümdən sonrakı 1-2 gün içində başlayır. Bəzi xəstəliklər və patogen orqanizmlərin varlığı, şişməyi sürətləndirə bilər.
Saç və dırnaq uzanmağa davam edirmi?
Dərinin çəkilməsi və çürümə üzündən dırnaqlar ortaya çıxdığı üçün uzandı sanılır. Bədənin ölməsiylə birlikdə bütün hərəkətlər bitdiyi üçün dırnaq və saç uzanması söz mövzusu deyil.
Məzardan gələn səslər
 Məzardan gələn səslər çürümə prosesinin bir nəticəsidir. Gündən günə şişən qarın partlayır və sinə çökür. Bu hadisə məzar üstündən duyula biləcək qədər səsli ola bilir.
Qırx ÇIXMAQ NƏ DEMƏKDİR?
Əzələlərin sümüklərdən sıyrılıb tökülməyə başlama zamanı qırxıncı günə rast gəldiyi üçün, xalq arasında iztirabın azalması inancı xeyr məqsədli yemək verilir.
TORPAQ ALTINDA KOMANDA işi
Bədən çürüyərkən tam bir Komanda çalışması edilir. Bakteriyalar içdən yox edərkən, çöldən da ət milçəyi gözə və burna sürfə buraxır. Bu ağcaqanadlar yeməkləri bitənə qədər burda qalır və ölür. Daha sonra ölən bu ağcaqanadları yemək üçün başqa böcəklər gəlir. Geriyə sümüklər qalana qədər bu istila davam edir.

Orta hesabla 4 il sonra insan tamamilə sümük halına çevrilir.

OXŞAR XƏBƏRLƏR