Meydən İlham Əliyevə təbrik məktubu

Meydən İlham Əliyevə təbrik məktubu

Böyük Britaniyanın Baş naziri Tereza Mey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sfera.az məktubun mətnini təqdim edir:

"Hörmətli Prezident Əliyev.

"Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı BP-nin rəhbərlik etdiyi konsorsium ilə SOCAR arasında imzalanmış müqavilənin yenilənməsi ilə əlaqədar Sizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Bu müqavilənin yenilənməsi növbəti onilliklər üçün Böyük Britaniya və Azərbaycan arasında mövcud olan dərin və xüsusi əməkdaşlığı daha da gücləndirəcəkdir.

"Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanmasından bəri Böyük Britaniya və xüsusilə də BP Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafında mühüm rol oynamışdır. Bu böyük sərmayə tarixdə ilk dəfə Azərbaycana tam suveren və müstəqil dövlət kimi, Xəzər dənizində özünün təbii sərvətlərindən tam şəkildə yararlanmağa imkan yaratmışdır.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tamamlanması Azərbaycan neftinin beynəlxalq bazarlara fasiləsiz surətdə təhlükəsiz nəqlinə imkan yaratmış növbəti mühüm hadisə olmuşdur.

2020-ci ildə başa çatdırılması nəzərdə tutulan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya təbii qaz nəql edən mühüm ixracatçıya çevrilməsinin yekun mərhələsi olacaqdır. Həmin boru kəmərləri şəbəkəsinin enerji təhlükəsizliyinin təmin edilməsinə verəcəyi töhfə Böyük Britaniya tərəfindən alqışlanır.

Təəssüflər olsun ki, sentyabrın 14-də mən Bakıda "Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı müqavilənin yenilənməsini Sizinlə bir yerdə qeyd edə bilməyəcəyəm. Bu mühüm uzunmüddətli sərmayə bizim enerji sahəsində strateji tərəfdaşlığımızı daha da möhkəmləndirməyə yardım edəcək və gələcək illərdə birgə firavanlığımıza töhfə verəcəkdir.

İmzalanma mərasimi ilə bağlı Sizə uğurlar diləyir və yaxın zamanda görüşmək imkanı əldə etməyə ümidvaram"

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...