\"Metropoliten esseləri” nədən bəhs edəcək ? Metrodanmı? Səlim Babullaoğlu ilə meyxana-“metropoliten\" SÖHBƏTİ

\
Yaradıcı insanlarımızın planları varmı? Varsa, necədir? Onlar yaxın vaxtlarda bizi hansı əsərlərlə sevindirəcəklər? Vaxtaşırı bu suallarla müxtəlif ədiblərimizə üz tuturuq. 

Bu dəfə şair Səlim Babullaoğluna müraciət etdik:

- Eşitdik ki, 11-ci sinif ədəbiyyat dərslikərində yeni, müasir ədəbiyyatla bağlı sizin də adınızın çəkildiyi məqalə daxil edilib…
-Hə, belə bir informasiya aldım mən də... 

- Necə qarşıladınız? 
-Gözlənilməz və xoş bir duyğu ilə. Və normal... 

-Meyxana və sənət mübahisələri səngimir. Qoşulmadınız bu məsələlərə?! 
- Çoxdan aydın olan məsələlərə belə əlavələr yersizdir. Mən populist pozisiya tutmaqdan ehtiyatlanmışam həmişə. Meyxana sənətdirmi? Yaxud incəsənətdirmi? Əlbəttə, söz sənətidir də. Ciddi sənətdirmi? Ciddi müəlliflərin ifasında əlbəttə. Qeyri-ciddidirmi? Qeyri-ciddi və qeyri-peşəkar yanaşanların ifasında əlbəttə ki. Yeri gəlmişkən, sonuncular çoxluq təşkil edir və məsələ qətiyyən taktda, ritmdə, bəhrə əməl etməkdə və sinədəftərlikdə deyil. Lakin eyni prinsiplər heca şeiri yazanlara da, sərbəst şeir yazanlara da aiddir. Folklordurmu? Şifahi sənətdirmi? Bəli. Amma unutmaq olmaz ki, bütövlükdə poeziya şifahi sənətdir. Hər nə qədər yazılsa belə. Təsnifləşdirmə aparmaq, iyerarxiya yaratmaq olar. Onda gərək bilirsiz çoxlu sular axsın. Əgər klassik baxışla yanaşırıqsa, onda ironiyanı, satiranı "alçaq” növ deyibən çıxdaş edək? Bilirsiniz ki, klassisizmə görə beləydi.... Bilirsiz, bəzi şeylər qarışdırılır. Bir şeyin çox səslənməsi əlbəttə bezdiricidir və bir şey çox baş verirsə, onda keyfiyyətdən kəmiyyyətə doğru lazımsız sıçrayışlar baş verir, təqlidlər çoxalır. Hər şeydə: meyxanada, sərbəst və heca şeirində, muğamda və sairə. Amma bunu növə münasibətlə qarışdırmaq olmaz, məncə. Belə... 

- Yaradıcı planlarınızı bilmək olar? Ümumiyyətlə, yaradıcılığı planlaşdırmaq olarmı? 
- Ümumiyyətlə, yox, olmaz. Poetik yaradıcılığı heç olmaz. Hərçənd şair, yazıçı hər gün, hər dəqiqə müşahidə edir, görür, düşünür, oxuyur və təbii qeyd edir ki, bütün bunlar bir növ hazırlıq mərhələsi daşıyır. Elə isə hər gün hazırlıq mərhələsi keçən insanların hər hansı bir planlanmış, nəzərdə tutulmuş zamanı ayırıb bir əsəri yazması, o əsərin yazılmasına sərf etməyi, yaxud bunu düşünməsi bir növ elə planlaşdırma sayıla bilər.

- Bəs, sizdə necədir vəziyyət... planda nə var? Yaxud plan varmı ümumiyyətlə?  
-Bəli var. Bir neçə düşüncəm var və necə deyərlər, hazırlıq işləri aparıram.

- Daha açıq şəkildə olmaz? 
- "Metropoliten esseləri” ilə bağlı materiallar toplayıram, oxuyuram imkan düşdükcə... 24-25 esse olacaq. Məsələn, "İçərişəhər”. Bu o qədər maraqlı mövzudur ki. Nəzərə alsaq ki, əvvəl stansiyanın adı "Bakı soveti” olub... bu dəyişmə tarix, ədəbiyyat, coğrafiya... o qədər sahələri və problemləri əhatə edir ki... Belə dəyişmələr çox olub. Düşünürəm, maraqlı olacaq.

- Metrodan da bəhs edəcək? 
- Bilirsiniz, bunu indidən nə birmənalı demək olar, nə də demək düz olar. Ümumiyyətlə, hə, əlbəttə, məkan metrodur da... Bu ideyanı mən, əslində 7-8 il əvvəl başlamalı idim. O vaxt metropolitenin rəisi Tağı müəllimlə də görüşmüşdüm. Düzü, onda nəsə qaldı... söhbətimiz tutmadı. Sonra isə mənim başım başqa işlərə qarışdı. Sağlıq olsun, indilik bir şeyi deyə bilərəm: işçi adı "metropoliten esseləri” olan bir kitab...

Mənbə: Moderator.az 

OXŞAR XƏBƏRLƏR