Metronun qarşısında ATIŞMA - Yaralılar var

Metronun qarşısında ATIŞMA - Yaralılar var
 

Moskvada "Timiryazevskaya” metro stansiyasında atışma baş verib.

Sfera.az xəbər verir ki,  hadisə nəticəsində iki nəfər yaralanıb.

Qeyd olunur ki, naməlum şəxs metronun vestibülünə daxil olaraq atəş açmağa başlayıb və iki nəfəri yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Hazırda atəş açan şəxsin axtarışları aparılır.


OXŞAR XƏBƏRLƏR