Metroda tibbi maska satan saxlanıldı

Metroda tibbi maska satan saxlanıldı

Bakı Metropoliteni sosial şəbəkələrdə mart ayının 4-də bir şəxsin metro qatarlarında tibbi maska satması ilə bağlı yayılmış videogörüntülərə münasibət bildirib.

Sfera.az xəbər verir ki, qurumun sözçüsü Bəxtiyar Məmmədov qeyd edib ki, hələ mart ayının 3-də Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşları sərnişin kimi metroya daxil olmuş şəxsin qanunla yol verilməyən fəaliyyətini müəyyən ediblər:

"Bununla bağlı operativ tədbir görülüb. Sumqayıt şəhərində qeydiyyatda olan Mahir Kamalov saxlanılaraq, qanunvericiliyin tələbinə uyğun qaydada müvafiq inzibati məsuliyyətə cəlb edilib.

Metropolitenin sərnişinlərindən xahiş edirəm belə hallara yol verməsinlər və həmçinin fəal vətəndaş, ictimai, sərnişin mövqeyi nümayiş etdirsinlər. Çünki metropolitendən istifadə qaydaları sərnişinlərə bir sıra hüquqlar verir. Eyni zamanda istifadə qaydaları sərnişinlərin vəzifələrini də müəyyən edir. Elə bu videogörüntünün müəllifi də öz mövqeyini nümayiş etdirə, o cümlədən və həmçinin bir sərnişin kimi bununla bağlı radiorabitə vasitəsilə qatar maşinistinə, yaxud stansiyada metropoliten işçisinə və ya metro polisinə məlumat verə bilərdi".

Bakı Şəhər Baş Polis İdarəsi martın 3-də metronun "İnşaatçılar" stansiyasından "20 Yanvar" istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxslə bağlı açıqlama yayıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov saxlamılaraq Metropolitendə polis şöbəsinə gətirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...