Metroda daha bir nəfər özünü qatarın altına atıb

Metroda daha bir nəfər özünü qatarın altına atıb
 
Bakı Metrosunda daha bir insident olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Metropoliteninin "Nəriman Nərimanov” stansiyasında qeydə alınıb. 30-35 yaşlarında kişi özünü qatarın altına atıb. Maşinistlər qatarı vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb.

Hazırda intihara cəhd edənin kimliyi və bu addımı atmasının səbəbi müəyyənləşdirilir.

Qeyd edək ki, Bakı metrosunda dünən də analoji hadisə baş vermişdi.
"Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin 1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğlu olması müəyyən edilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.


OXŞAR XƏBƏRLƏR