Məsut Özil “Fənərbaxça”da?

Məsut Özil “Fənərbaxça”da?
Almaniya millisinin türk əsilli futbolçusu Məsut Özil Türkiyə Super Liqasında çıxış edə bilər.
 
Sfera.az xəbər verir ki,  London Arsenalı qış transfer pəncərəsi zamanı Məsut Özil satmağı düşünür. Belə ki, Məsut Özil özü də Arsenalda getməyi düşünür. Türkiyə mətbuatı isə "Fənərbaxça”nın Məsut Özillə danışıqlar apardığını iddia edir.
Arsenalın baş məşqçisi Unai Emeri xavbek nə oyunundan , nə də məşq etməsindən razı deyil.Qeyd edək ki, Özil Tottenhemlə Liqa kubokunun  ¼ final oyununun iştirak ərizəsinə də düşməyib. Baş məşqçi bunu taktiki səbəbdən etdiyini açıqlayıb.

«Özildən başqa hər bir oyunçu yeni baş məşqçinin ideyaları ilə yaşayır», — deyə Arsenalda olan mənbə bildirib.

Məsut Özil 2013-cü ildə Realdan  47,5 milyon avroya transfer edilmişdi.
Bu mövsüm onun aktivində 11 oyunda 3 qol və 1 məhsuldar ötürmə var.


OXŞAR XƏBƏRLƏR