“Messi Allahın möcüzəsidir” - Arda Turan

“Messi Allahın möcüzəsidir” - Arda Turan
“Barselona” forması ilə ikinci rəsmi oyununa çıxan türkiyəli futbolçu Ardan Turan komanda yoldaşı Lionel Messi haqqında müsbət fikirlər səsləndirib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, o, argentinalı hücumçunu möcüzə adlandırıb:

“Ayağıma top düşən kimi Messini görürəm. “Barselona”da hamı belədir. Mən Leo kimi birini görməmişəm. O, Allahın möcüzəsidir”.

Qeyd edək ki, Arda ötən gün İspaniya La Liqasının 18-ci turunda “Qranada” ilə oyunda məhsuldar ötürmə ilə yadda qalıb. Onun ötürməsini Messi qolla tamalayıb. //Qol.az

OXŞAR XƏBƏRLƏR