Məşhur restoranda musiqiçilər dalaşdı — Biri kəllə-beyin travması alıb

Məşhur restoranda musiqiçilər dalaşdı — Biri kəllə-beyin travması alıb
 Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.
 
 Sfera.az "Report”a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR