Məşhur müğənni plastik əməliyyata 30 min xərclədi - FOTO

Məşhur müğənni plastik əməliyyata 30 min xərclədi - FOTO

Bu yaxınlarda solo konsertində seçdiyi geyimləri ilə özündən söz etdirən Linet modellərə bənzəmək üçün bıçaq altına uzanaraq, plastik əməliyyat etdirib.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, vücudunu daha da cəlbedici etmək üçün dünya trendinə qoşulan sənətçi "bədən şəkilləndirici” əməliyyatı keçirib. Belini incəldib, ombasını böyütdürən Linet əməliyyata 30 min lirə - təxminən 9000 min manat pul xərcləyib.

 

Məkanların birində konsert verən müğənni par-par yanan gümüşü rəngli, sinə dekolteli  "tulumla” tamaşaçıların önünə çıxıb. Əyninə gözqamaşdıran libas geyinən Linetin bədən quruluşu görənlərin diqqətini çəkib. Səhnədə mahnı oxuyan Linetin rəqs edərkən ombasını tez-tez əsdirməsi əməliyyatın uğurla keçdiyinə dəlalət edib.

Qeyd edək ki, omba böyütmə əməliyyatını Aleyna Tilki ve Hadisə kimi ulduzlar keçirib. Sözügedən əməliyyat növü Azərbaycanda da olduqca populyardır.


OXŞAR XƏBƏRLƏR