Məşhur aparıcının ailəsində faciə: baldızı dənizdə boğuldu, oğlu ölümdən döndü

Məşhur aparıcının ailəsində faciə: baldızı dənizdə boğuldu, oğlu ölümdən döndü

"Xəzər" TV-nin tanınmış aparıcısı və jurnalist Yusif Kərimlinin 5 yaşlı oğlu dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Oxu.Az-ın əməkdaşı bədbəxt hadisə ilə üzləşən ailə başçısı Y.Kərimli ilə əlaqə saxlayıb.

O, baş verən hadisəni bu cür şərh edib: "Hadisə avqustun üçündə baş verib. Övladım, anası, xalası və nənəsi ilə birlikdə Türkan çimərliyinə gedib. Həmin gün hava şəraiti küləkli olmayıb. Bədbəxt hadisə nəticəsində 28 yaşlı baldızım Sürəyya dənizdə çimərkən boğularaq dünyasını dəyişib. Təəsüf ki gənc xanımın həyatını xilas etmək mümkün olmayıb”.

 

Aparıcı övladının ölümdən döndüyünü deyib: "Oğlum isə sudan ölümcül vəziyyətdə çıxarılıb. Bədəninə çoxlu miqdarda çirkab dəniz suyu dolub. Onu Mərdəkanda yerləşən 26 nömrəli xəstəxanaya aparıblar. Öncə oğlumun öldüyünü zənn etsələr də, daha sonra yaşadığına əmin olublar. Həkimlərin səyi nəticəsində onu həyata qaytara biliblər. Hazırda vəziyyəti qənaətbəxş olsa da, pnevmaniya xəstəliyinə yoluxma riski çoxdur. Buna görə də, oğlum ciddi həkim nəzarətindədir”.

Sfera.az

 

Bizimlə əlaqə saxlayın


OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...