Məşhur aparıcı təcavüzə uğradığını etiraf etdi

Məşhur aparıcı təcavüzə uğradığını etiraf etdi
Türkiyədə daha bir məşhur təcavüzə uğradığını etiraf edib.
 
Sfera.az bildirir ki, tanınmış aparıcı Elif Yılmaz hazırda ölkədə gündəm mövzusu olan Azra Gelndam Haytaoğlunun qətlindən sonra bu addımı atıb. O, sosial media hesabında başına gələn hadisələrdən söz açıb.

"İstanbula ilk dəfə gələndə bir maklerlə görüşüb ev kirayələmək istəyirdim. Çalışanlardan biri müvəqqəti ev tuta biləcəyimi dedi, tələbə imkanına görə məntiqli gəldi. Amma ilk gecə həmin şəxs evimə girib mənə təcavüz etmişdi. Ordan necə qaçdığımı xatırlamıram. Şikayət edəcəyimi dedim, qorxdu. Tək idim, çarəsizdim. Bu cür şərəfsizlər haqqında artıq danışmaq lazımdır”, - deyə aparıcı qeyd edib.

Yılmaz həmçinin ona təcavüz edən şəxsi məhkəməyə versə də, hələ də işin yekunlaşmadığını deyib. 

Xatırladaq ki,  bir neçə gün əvvəl, 21 yaşlı tələbə Azra Gülendam Haytaoğlu Antalyada qətlə yetirilib. Daşınmaz əmlak agenti M.M.A. adlı şəxs gənc qıza əvvəlcə təcavüz edib, sonra onu boğub və hamam otağında beş hissəyə bölərək çamadanla meşədə basdırıb. 

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...