Mərkəzi Banka baş direktor təyin olundu

Mərkəzi Banka baş direktor təyin olundu
 Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir baş direktor təyin edilib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, bu, Vüqar Ramin oğlu Əhmədovdur.

Bununla da, AMB-nin baş direktorlarının sayı 6-ya çatıb.

Xatırladaq ki, V.Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub, 1999-cu ildə Azərbaycan Dövlət Dillər İnstitutunu "Dilşünaslıq tərcüməçi-referent ingilis dili” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetini "Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə, 2006-cı ildə isə ABŞ-nın Vaşinqton Universitetini "Tətbiqi iqtisadiyyat” ixtisası üzrə magistr pilləsini bitirib, 2008-ci ildə həmin universitetdə İqtisadiyyat üzrə Fəlsəfə Elmləri Doktoru (Ph.D) alimlik dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1998-ci ildə Kənd Təsərrüfatı Nazirliyində aparıcı mütəxəssis-tərcüməçi vəzifəsində başlayıb. 1998-2004-cü illərdə nazirlikdə baş mütəxəssis-tərcüməçi, baş məsləhətçi vəzifəsində, dövlət qulluğunun kiçik müşaviri dərəcəsi ilə işləyib. 2009-cu ildə AMB-də Tədqiqatlar departamentinin İqtisadi tədqiqatlar və proqnozlaşdırma şöbəsinin rəisi vəzifəsində işə qəbul edilib. 2010-2013-cü illərdə illərdə qurumun Tədqiqatlar və İnkişaf Mərkəzinin Tədqiqatlar departamentinin direktor müavini, həmin departamentin direktoru vəzifələrində işləyib. 2013-2017-ci illərdə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləyib.

Ailəlidir, 2 övladı var.

OXŞAR XƏBƏRLƏR