Merkeldən Rusiyaya bəd xəbər

Merkeldən Rusiyaya bəd xəbər
Almaniya kansleri Angela Merkel Ukrayna böhranı səbəbiylə Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların uzadılması üçün əllərindən gələni edəcəklərini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Brüsseldə keçiriləcək Avropa Birliyi zirvəsinədən əvvəl  Bundestaqda çıxış edən Merkel Minsk razılaşmasına baxmayaraq Ukraynanın şərqində atəşkəs qərarına riayət edilmədiyi üçün Rusiyanı tənqid edib.

"Mən və xarici işlər nazirim həm Minsk razılaşmasını, həm də Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin uzadılmasını dəstəkləyəcəyik." 

Merkel çıxışı zamanı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Krımı beynəlxalq hüquq normalarına zidd olaraq işğal etməsi səbəbiylə onsuz da ləğv olunmasının müzakirə mövzusu olmadığını söyləyib. 

Kansler bundan başqa Suriya böhranına da toxunub. O  Əsədin uzunmüddətli həll prosesinin bir parçası olma bilməyəcəyini söyləyib. 

"Suriyada mühüm olan müharibənin Əsədsiz sona çatmasıdır. Suriyada insanların çoxu Əsəddən və onun bombalarından qaçır. Əsədin uzunmüddətli həll prosesinin bir parçası olma bilməz.'

OXŞAR XƏBƏRLƏR