Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır

Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
"Oğru daxil olmaq istədiyi obyekti seçərkən əvvəlcə yolunu kəsən maneələri nəzərdən keçirir. Dəfələrlə olub ki, oğurluq əməlləri ilə yaxalanan şübhəli şəxslər ilkin ifadələrində bildiriblər ki, onlar üçün ən cəlbedici oğurluq ünvanı mühafizə olunmayan, gözdən iraq yerlərdə yerləşən mənzillər, gəliş-gedişi az olan obyektlərdir”.

Sfera.az-ın xəbərinə görə, bu barədə mətbuata açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ünvan seçilərkən oğru əsas diqqəti ona yönəldir ki, yaxınlıqda polis olmasın, yaxud polisin ünvana gəlişini təmin edən təhlükəsizlik sistemi – həyəcan çağırışı olmasın:

"Əgər əvvələr evdə heç kimin olmadığını müəyyən etmək üçün işıq, qaz sayğacları nəzərdən keçirilirdisə, bu gün artıq onlar üçün ən böyük "təhlükə", polisin təşkil etdiyi mühafizə sistemidir.”

E.Hacıyev diqqətə çatdırıb ki, bir vaxtlar mühafizə olunan yerlərdə quraşdırılan təhlükəsizlik sistemindən məlumat telefon kabelləri ilə polisə çatırdısa, artıq ünvana kənar müdaxilənin olması ilə bağlı informasiya elektromaqnit dalğaları ilə ötürülür:

"Hətta sistem o qədər təkmil təchiz olunub ki, mühafizə olunan yerə daxil olub, sistemi dayandıracağından arxayınlaşan adam artıq polisin gəlməyəcəyini zənn edir. Ancaq mühafizəyə cəlb olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə içərisində çatmasını şərtləndirir.”

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...