Məmməd Arazın anadan olmasından 83 il ötür

Məmməd Arazın anadan olmasından 83 il ötür

 

Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasından 83 il ötür.

 Məmməd Araz 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nursu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunu və Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarını bitirib.

Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil, "Ulduz” jurnalında məsul katib, "Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olan şair uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Xidmətlərinə görə Azərbaycan Respublikasının "İstiqlal” ordeni (1995), Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilib, Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub (1992). Onun adına 1993-cü ildən etibarən "Məmməd Araz” ədəbi mükafatı təsis olunub.

Xalq şairi 1 dekabr 2004-cü ildə Bakıda dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...