İdman

Məğlub komandanı dünya çempionu kimi qarşıladılar - FOTO

Məğlub komandanı dünya çempionu kimi qarşıladılar - FOTO
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/8 mərhələdə penalti zərbələri ilə İngiltərə millisinə məğlub olan Kolumbiya millisi ölkəsinə qayıdıb.

Sfera.az xəbər verir ki, milli komandanın qayıdışı paytaxt Boqotada böyük mərasimlə qarşılanıb. Futbolçular üçün "El Campin” stadionunda keçirilən mərasimdə 30 minə yaxına adam iştirak edib. Kolumbiya sakinləri komandalarını aeroportdan stadiona qədər müşayiət ediblər. Milli yığmanın avtobusuna olan maraqdan dolayı komanda stadiona gec gəlib. Stadionda sıxlıq üzündən minlərlə azarkeş çöldə qalıb. Onlardan bəziləri futbolçuları yaxından görə bilmək üçün meydana girib.

Baş məşqçi Xose Pokerman kolumbiyalıların məğlubiyyətə baxmayaraq, belə böyük təntənə ilə qarşılanmasından təsirləndiyini bildirib. 
 
Rəsul
Sfera.az

XƏBƏR LENTİ