Məktəbdəki yanğınla bağlı rəsmi AÇIQLAMA - Xəsarət alan var?

Məktəbdəki yanğınla bağlı rəsmi AÇIQLAMA - Xəsarət alan var?
Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın olub.

Sfera.az bildirir ki, Bakı Şəhər Təhsil İdarəsi yanğınla bağlı məlumat yayıb. 

Bildirilib ki, mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib. Məktəbdən şagirdlər təxliyyə olunub, xəsarət alan yoxdur.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.
 
Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR