Məktəb direktorlarının işə qəbul qaydaları təsdiqləndi

Məktəb direktorlarının işə qəbul qaydaları təsdiqləndi

Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə əmr imzalayıb.

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulub.
 
Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib, yerləşdirilməsi məqsədilə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları təsdiq edilib. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiqlənib.
 
Yerli təhsili idarəetmə orqanlarına tapşırılıb ki, bu əmrin və qaydaların ümumi təhsil müəssisələrinə çatdırılmasını, pedaqoji heyət arasında qaydalarla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etsinlər, direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını hazırlasınlar və bir həftə müddətinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim etsinlər. Müsabiqənin mart-avqust aylarında qaydalara uyğun təşkili və keçirilməsini təmin ediləcək. 
 
Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayevə həvalə olunub.

 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...