Meksikada 40-dan çox uşaq girov götürülüb - FOTO - VİDEO

Meksikada 40-dan çox uşaq girov götürülüb - FOTO - VİDEO
Meksikada silahlı şəxs 40-dan çox uşağıgirov götürüb.

Bu barədə "Televisa" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin qərbində, Nayarit ştatında, Baiya-de-Banderas rayonunun məktəblərindən birində baş verib.

Sərxoş vəziyyətdə olan kişi zorla təhsil müəssisəsinin ərazisinə girib və mətbəxdən bir neçə bıçaq oğurlayıb. O, bundan sonra məktəbin həyətinə yollanıb və orada 40-dan çox uşağı, həmçinin müəllimi girov götürüb.

Onun hüquq-mühafizə orqanlarının nümayəndələri ilə danışıqları 3 saat davam edib. Sərxoş şəxs narkotik vasitə olan kristall metamfetaminin iki dozasını gətirməyi tələb edib, lakin sonra bir neçə pivə şüşəsi ilə razılaşıb.

Cinayətkara alkoqollu içkinin ötürülməsi zamanı polis və dəniz piyada qoşununun döyüşçüləri odlu silahın tətbiqi olmadan onu zərərsizləşdirməyə müvəffəq olublar.

Cinayətkarın hərəkətlərindən heç bir uşaq zərər çəkməyib. Saxlanılan şəxs prokurorluq əməkdaşlarına təhvil verilib. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...