Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək

Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcək

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva bu gün Azərbaycanın birinci vitse-prezidenti təyin olunub.

Mövcud qanunverciliyə əsasən icraedici orqanda fəaliyyət göstərən şəxslər qanunverici orqanda təmsil oluna bilməzlər. Bu səbəbdən Mehriban Əliyevanın deputat fəaliyyətinə xitam veriləcəyi gözlənilir.

"Qafqazinfo” məsələ ilə bağlı parlamentin hüquq komitəsinin üzvü Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Millət vəkili bildirib ki, Mehriban Əliyeva daha yüksək vəzifəyə təyinat alıb və o, bundan sonra fəaliyyətini icraedici orqanda davam etdirəcək.

Onun sözlərinə görə, əvvəllər də belə təcrübələr mövcud olub. Qanunverici orqanda təmsil olunan şəxslər icraediciyə təyinat alanda əvvəlki vəzifələrinə xitam verilir. Bu prosedur MSK-da keçirilən iclasla da protokollaşdırılır:

"Əvvəllər Mehriban Əliyeva bir dairəni təmsil edirdisə, indi bütün Azərbaycanı təmsil etmək hüququna malikdir”.

Qeyd edək ki, Mehriban Əliyeva 4 saylı Xəzər ikinci seçki dairəsindən deputat seçilmişdi.


OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...