Mədənizin düşməni olan qida məhsullarını tanıyın (Siyahı)

Mədənizin düşməni olan qida məhsullarını tanıyın (Siyahı)
 
Mədənizin düşməni olan qida məhsullarını tanıyın
Mədə insanın ən vacib orqanlarından biridir. Bir çox xəstəliklər məhz həzm sistemində yaranan pozuntulardan başlayır. Ona görə də mədəniz üçün tələbə olunan qaydada sağlam qidalanma uzun ömrün zəmanətidir. Mədəniz üçün faydalı və ziyanlı olan qida məhsullarını tanımaqla və qidalanma rejiminizi bu siyahıya uyğun qurmaqla sağlam və uzun ömür qazana bilərsiniz.
Mədə üçün ən faydalı qida

Gəlin, mədənin sağlamlığını təmin edən, bir çox xəstəliklərdən sonra mədənin sağalmasına köğmək edən və həzm yolunun bir sıra xroniki problemlərini yüngülləşdirən qida məhsuluna nəzər salaq.

Bu məhsul ucuz və asan tapılandır. Sadəcə, bu məhsulu gündəlik qida siyahınıza daxil edin və tezliklə mədəniz sizə "təşəkkür edəcək”. Bu məhsulun adı kartofdur.

Adi kartof mədə üçün çoxlu faydalı maddələrin daşıyıcısıdır. Qidanın tərkib hissələrini parçalayıb rahat həzm olunmasına kömək edən fermentlər və selikli qişanı aqressiv təsirlərdən qoruyan nişasta kartofun tərkibində yer alır. Lazımi vitamin və minerallar da kartofun tərkibində kifayət qədərdir. Unutmayın ki, çiy kartofun şirəsi ilə mədə və 12-barmaq bağırsağın yarası və qastriti xəstəliklərini uğurla sağaltmaq olur.

Mədə üçün zərərli məhsullar

Bu barədə daha ətraflı məlumat vermək lazımdır. Amma bütün ziyanlı məhsullar barədə danışmaq təbii ki, mümkün deyil və ona görə də bu məhsulların ən təhlükəli növlərindən söz açacağıq.

Siyahının başında qazlaşdırılmış şirin içkilər (Fanta, Coca-Cola və bu növə aid müxtəlif işkilər) gəlir. Daha sonra çipslər, istənilən növ – şaurmadan tutmuş kartof "fri”sinə qədər bütün fast-fud məhsulları, kolbasa məmulatları, xüsusən də hisə verilmiş kolbasa yer alır.

Həmçinin konservlərin əksəriyyəti, mayonez, ketçup, hazır souslar da mədənin düşmənləridir və üstəlik, kanserogen (xərçəng xəstəliyi yaradan) maddələrlə zəngindir.

Paketlərdə satılan suplar (Doşirak, Rollton və s.), modifikasiya edilmiş nişasta, zənginləşdirilmiş pendir, duz və "E nnn” tipli qatışıqlar, marqarin və ondan hazırlanmış məhsullar, uzunmüddətli saxlanma üçün hazırlanan dondurmalar, şokolad çubuqları, çeynənən konfetlərdən də uzaq durmağınız məsləhətdir. (SaglamOlun.com)

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...