Mebel maşının üstündən düşdü, qəza oldu - 3 yaralı - FOTOLAR

Mebel maşının üstündən düşdü, qəza oldu - 3 yaralı -  FOTOLAR

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Aeroport şosesində qeydə alınıb. 

Şosenin sürətin yüksək olduğu zolağı ilə hərəkətdə olan "Opel" markalı minik avtomobilin damındakı yataq dəsti yolun hərəkət hissəsinə aşıb. "Opel"in sürücüsü Əlipənah Əliyev yataq dəstini yoldan götürmək üçün avtomobili qəfildən saxlayıb. Arxadan yüksək sürətlə gələn “VAZ-2106” markalı maşının sürücüsü yoldakı maneəni gördükdə idarəetməni itirib və avtomobil arxadan "Opel"ə çırpılıb.

Qəza nəticəsində "Opel"in sürücüsü Əlipənah Əliyev, avtomobildəki sərnişin, 1965-ci il təvəllüdlü Pənah Cəfərov və “VAZ-2106”-nın sürücüsü, 1989-cu il təvəllüdlü Mirzəyev Azad Mürsəl oğlu xəsarət alıblar. Hər üç nəfər 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. 

Xəstəxanadan APA-ya verilən məlumata görə, Pənah Cəfərov və Azad Mirzəyevin xəsarətləri daha ağırdır və hazırda reanimasiya şöbəsində həkim nəzarəti altındadırlar.

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya "Opel"in sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.  


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...