Mars suyu ilə dəstəmaz...

Mars suyu ilə dəstəmaz...

Türkiyənin tanınmış ilahiyyatçı-alimi professor Nihat Hatipoğluya növbəti qəribə sual soruşulub. Anspress-in məlumatına görə, dini suallara cavab verən din aliminə Mars planetində tapılan su barədə sual verilib. Hatipoğlu sosial şəbəkədə "Marsda tapılan su ilə dəstəmaz almaq, qüsul tökmək olarmı?" sualına yerli telekanallardan birinin efirində cavab verib. Din alimi gülümsünərək bunun mümkün olduğunu deyib:

"Marsda su aşkarlanandan sonra sosial şəbəkədə çox sayda tvitlər yazırlar. Bəzən də "ilişmək" üçün soruşurlar: "Marsda su tapılıb. Orada dəstəmaz alsaq, qüsul töksək, bu olarmı?" Gənclər belə şeyləri fikirləşirlər. Mən də cavab verdim: Gənclər, söz olsun deyə soruşursunuz, amma canınız sağ olsun. Marsda su tapsanız, qüsul tökmək üçün yuyuna bilərsiniz. Əgər su varsa və siz də Marsa getmisinizsə, istifadə edə bilərsiniz, dedim. Bəziləri isə Marsda qiblə üçün hara dönəcəyik - deyə soruşurlar. Mən də dedim ki, siz Marsa gedin, mən sizə qibləni göstərərəm. Qiblə harada? Harada olacaq? - Dünyada. Dünyaya çevrilərsiniz". 

NASA əməkdaşları ötən həftə "Təcili açıqlama" kodu ilə bütün dünyaya Marsda maye halda su aşkarladıqlarını elan etmişdilər. 

NASA əməkdaşlarının mətbuata verdiyi açıqlama Rusiya prezidenti Vladimir Putinin BMT assambleyasının iclasındakı çıxışı ilə eyni vaxta təsadüf etmişdi. Rəsmi Moskva bunun qəsdən edildiyini, insanların diqqətini Putinin tənqid dolu çıxışından yayındırmaq üçün "provokativ" addım olduğunu bəyan etmişdi. 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...