\"Mançester Yunayted\"dən 50 milyonluq transfer

\
"Mançester Yunayted" "Yuventus"un futbolçusunu transfer edir.


Fanat.Az xəbər verir ki, İngiltərə klubu Aleks Sandronu heyətinə qatır. İddialara görə, "qırmızı-şeytanlar" Turin klubuna 50 milyon avro ödəyəcək.


Qeyd edək ki, "Yuventus" Aleksi 2015-ci ildə "Portu"dan 26 milyon avroya alıb. Hazırda "Transfermarkt" braziliyalı futbolçuya 50 milyon avro qiymət qoyub. 27 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə 39 rəsmi oyuna çıxaraq 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
 

OXŞAR XƏBƏRLƏR