İdman

"Mançester Yunayted" 6 futbolçu transfer etmək istəyir

 

İngiltərə "Mançester Yunayted"i növbəti iki transfer pəncərəsi planları barədə qərar verib.

Sfera.az xəbər verir ki,  "qırmızı şeytanlar" iki hücumçu, eyni sayda mərkəz yarımmüdafiəçisi, eyni zamanda mərkəz və sol cinah müdafiəçisi ilə birlikdə 6 oyunçu almaq istəyir.

Hücumçu ampluasına İtaliya "Yuventus"undan Mario Mancukiç və Fransa "Lion"undan Mussa Dembele, yarımmüdafiəçi mövqeyinə isə İspaniya "Atletiko"sundan Saul Nyiges və "Lester"dən Ceyms Meddison əsas namizəddir. Müdafiə möqveyindəki oyunçuların kimliyi isə açıqlanmayıb. Bildirilir ki, bu transferlər həm qış, həm də yay transfer pəncərəsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqada 9 xalla 12-ci pillədə qərarlaşıb. 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930