Manatın kursu dəyişəcəkmi? - MB-nın siyasəti…

Manatın kursu dəyişəcəkmi? - MB-nın siyasəti…

ABŞ Federal Ehtiyat Sistemi (FES) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirəcəyi və monetar ekspansiyaya başlayacağı xəbərindən sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun və eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb.

Sfera.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O, sözügedən hadisə baş verəcəyi təqdirdə nələrin dəyişə biləcəyinə aydınlıq gətirib:

"Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün ucuz dollarda maraqlıdır. Ağ Ev "xarici ticarət savaşında” ucuz dollarla ixrac həcmini artırmağı və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir. FES-in uçot dərəcəsini sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə, o zaman qızıla tələbin artması müşahidə ediləcək. Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər. Son 6 ayda dünya bazarında qızılın qiyməti 10,6 faiz artaraq bir unsiyası 1326 dollara çatıb. Bu qızılın hər qramının qiymətinin dünya bazarında artıq 43 dollara yaxınlaşması deməkdir. Amma digər tərəfdən, məhz həmin müddətdə dollar avroya nisbətən təxminən eyni səviyyədə ucuzlaşıb. Bu isə o deməkdir ki, qızılın avro ifadəsində qiyməti son 6 ayda nəinki artıb, əksinə, 1,3 faiz aşağı düşüb. Deməli, qızılın dirçəlməsi daha çox dolların ucuzlaşması ilə bağlıdır. Belə olan halda isə uçot dərəcəsinin sıfırlanması qızılın dollar ifadəsində qiymətini artıra bilər”.

İqtisadçı bu halda avronun məzənnəsinin birbaşa Avropa Mərkəzi Bankının reaksiyasından, o cümlədən gələn ay keçiriləcək yığıncaqda qəbul ediləcək qərarlardan asılı olacağını qeyd edib:

"2017-ci ildə Avrozonada bondların yerləşdirilməsi müddəti başa çatır və yeni emissiyanın necə və hansı formada olması ilə bağlı Avropa Mərkəzi Bankı qərar verməlidir. Sentyabrın 9-da Avropa Mərkəzi Bankı uçot dərəcəsinin dəyişdirilməməsi barədə qərar qəbul edib. Praktik olaraq, avropalılar da ixracda müqayisəli üstünlüklərini itirməmək üçün bahalı avroda maraqlı görünmürlər. Bununla belə, uçot dərəcəsinin sıfırlanması avronun müəyyən dəyər qazanmasına gətirib çıxara bilər. Bu halda onun hansı səviyyəyədək davam edə bilməsi isə birbaşa Avropa Mərkəzi Bankı qərarlarından asılı olacaq”.

V.Bayramovun sözlərinə görə, uçot dərəcəsinin sıfırlanması manata birbaşa təsir etməyəcək:

"Belə görünür ki, Azərbaycan Mərkəzi Bankı manatın kəskin bahalaşmasında maraqlı deyil. Əks halda hərraca çıxarılıb və satılmayan dollarlar manatı bahalaşdırardı. Mərkəzi Bank indiki halda manatın mövcud məzənnədən çox dəyər qazanmasına imkan vermir və bu siyasətin davam edəcəyi də gözləniləndir. Çünki optimal kurs qeyri-neft ixracatının stimullaşdırılması baxımdan çox vacibdir. Bununla belə, FES-in uçot dərəcəsini sıfırlaması baş versə belə, yenə də idxal məqsədi ilə digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, Azərbaycanda da dollara tələb qalacaq”.

Çinarə Məmmədova

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...