Manatın devalvasiyası Bakını MDB məkanının ən cəlbedici turist yerlərindən birinə çevirib - Ekspert

Manatın devalvasiyası Bakını MDB məkanının ən cəlbedici turist yerlərindən birinə çevirib - Ekspert
"Bakının turistlər üçün cəlbedici olmasında ölkəmizdə turizm infrastrukturunun getdikcə daha çox inkişaf etdirilməsi və genişlənməsi, yeni otellər şəbəkəsinin yaradılması, yol infrastrukturunun yaxşılaşması, turistlər üçün müxtəlif əyləncə növləri və müxtəlif turistik imkanların, xidmətlərin sayının artımı özünəməxsus şəkildə rol oynayıb”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan paytaxtının turist cəlb etmək baxımından MDB məkanı şəhərləri arasında reytinqdə ilk onluqda yer almasının səbəblərini dəyərləndirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, bu prosesə manatın devalvasiyası da öz müsbət təsirini göstərib:
 
"Son dövrlərin statistikası göstərir ki, Rusiyadan olan turistlərin ən çox getdiyi istiqamətlərdən biri məhz Azərbaycan və onun paytaxtı Bakı şəhəridir. Əsasən də son iki ildə şimal istiqamətindən ölkəmizə gələn turistlərin sayında kifayət qədər artım var. Bu mənada Bakının MDB məkanı şəhərləri arasında turisləri cəlb etmək baxımından ilk onluqda yer almasına təbii ki, ölkəmizdə turizm infrastrukturunun getdikcə daha çox inkişaf etdirilməsi və genişlənməsi, yeni otellər şəbəkəsinin yaradılması, yol infrastrukturunun yaxşılaşması və turistlər üçün müxtəlif əyləncə növləri və müxtəlif turistik imkanların, xidmətlərin sayının artımı səbəb olub. Nə qədər qəribə səslənsə də, manatın devalvasiyaya uğraması da turizm üçün pozitiv rol oynayıb. Çünki milli valyutalar dəyərdən düşdükcə, gələn turistlərin sayının artmasına da səbəb olur. Turizmi inkişaf etdirən bir çox ölkələr zaman-zaman bu praktikadan istifadə edib. Yəni devalvasiya fonunda qiymətlərin xarici valyuta ilə ölkəyə gələn turistlər üçün cəlbedici olması da Bakının həmin reytinqdə yüksək mövqeyə sahib olmasına səbəb olub. Həmçinin, Bakı şəhərinin görüntüsündə cazibədarlığın artması, əyləncə yerlərinin, çoxalması, Azərbaycan mətbəxilə bağlı Rusiya və beynəlxalq kanallarda keyfiyyətli reklam çarxlarının olması da turistlərin diqqətini Bakıya cəlb edən başlıca amillərdəndir. Prosesdən istifadə edib, Bakının bağlı olduğu dəniz turizmini də inkişaf etidrmək lazımdır. Turistlərin sayının artması kifayət qədər önəmli strateji məsələdir. Çünki bu elə bir sahədir ki, onun multukativ effekti də var. Yəni turizm inkişaf etdikcə, digər sahələri də, loqistika, xidmət, əyləncə kimi sahələri də arxasınca aparır və inkişaf etdirir. Bu mənada Bakının sözügedən reytində yüksək yer tutması yaxşı haldır. Amma eyni zamanda, daha da irəli getmək üçün həmin sahədə digər bir çox ciddi addımların da atılmasına ehtiyac vardır. Maraqlı turist marşurutlarının sayı artırılmalıdır. Azərbaycan mətbəxilə, tarixi abidələrlə bağlı yeni turistik marşurutlar daha da inkişaf etdirilməlidir. Ortalama hər turist getdiyi ölkədə 5-7 gün ərzində 500 dollar pul xərcləyir. Bu da ölkə iqtisadiyyatına kifayət qədər pozitiv təsir edən amillərdəndir. İstiqamət üzrə doğru yoldayıq. Çünki infrastruktur da yaxşılaşıb, əyləncə yerləri artıb, Bakının gecə görüntüsü çox cəlbedicidir. Bu istiqamətdə işləri daha da genişləndirməklə Bakının mövqeyinin bir qədər də yüksəlməsinə nail ola bilərik”.
 
Qeyd edək ki, turizm istiqaməti üzrə araşdırmalar aparan Rusiya analitik agentliyi -"TurStat” 2019-cu ilin qış mövsümündə MDB-nin ən yaxşı turizm şəhərlərinin reytinq cədvəlini hazırlayıb. Burada qeyd olunur ki, Bakı MDB-nin ən yaxşı turizm şəhərləri arasında ilk 10-luqda yer alıb.
 
ELÇİN
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...