Malları yanan sahibkarlar yürüş etmək istədilər

Malları yanan sahibkarlar yürüş etmək istədilər

 

Ötən gün "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı malları tamamilə yanıb kül olan 1000-dək sahibkar bu gün səhər Nizami rayon İcra Hakimiyyətinin qarşısına yürüş etməyə cəhd ediblər.

 

 

Hadisə zamanı polislər yürüşün qarşısını alıblar. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb edilib. (Demokrat.az)


 

Bakupost-un xəbərinə görə, Nizami rayon icra hakimiyyətinin rəsmi şəxsləri "Diqlas” TM-də malları yanan sahibkarları qəbul edir. Hazırda İcra Hakimiyyətinin qarşısında yüzlərlə sahibkar var. Sahibkarlar icra hakimiyyətinin binasında rəsmi şəxslər tərəfindən qəbul ediləcək və şikayətləri dinləniləcək.

 

Hazırda icra hakimiyyətinin akt zalında yüzlərlə sahibkar var.

 

OXŞAR XƏBƏRLƏR