Malayziya sultanı üçün qeyri-adi avtomobil - FOTO

Malayziya sultanı üçün qeyri-adi avtomobil -  FOTO

Avstraliyanın Brisben şəhərində keçirilən “King George Square” avtomobil sərgisində xüsusi olaraq Malayziya sultanı İbrahim İsmayıl üçün hazırlanmış yük avtomobili nümayiş olunub. Qeyri-adi maşın iki nəfərlik çarpayı, qırmızı ağacdan və mərmərdən hazırlanan mətbəxlə təchiz edilib.

Sultanın maşınında, həmçinin televizora qoşulmuş altı müşahidə kamerası quraşdırılıb. Avtomobilin kapotuna İbrahim İsmayılın idarə etdiyi Cohor sultanlığının rəmzi olan qızıldan hazırlanmış pələng heykəli bərkidilib.

Sultana aid nəqliyyat vasitəsinin qiyməti açıqlanmasa da, ekspertlər onun təxminən 480 min dollara başa gəldiyini deyirlər. Avtomobil saatda 100 kilometr sürət yığa bilir.

Cohor sultanlığı Malayziya yarımadasının cənubunda yerləşir və paytaxtı Cohor-Baru şəhəridir. Qeyri-adi maşını istehsal edən “Mack Trucks” şirkəti 1900-cü ildə qurulub. Kompaniyanın zavodları ABŞ, Avstraliya və Venesuelada yerləşir. //AzerTac

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...