Makron Trampla zəngləşdi - Görüşəcəklər
16:50 / 12.11.2019
1688
Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Sfera.az trend-ə istinadən xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində E.Makron yazıb.
E.Makron bildirib: "Bu gün Donald Tramp ilə əla söhbət keçirmişəm: Suriya, İran, NATO. Biz çox eyni fikirləri müzakirə etdik və NATO sammitindən əvvəl Londonda görüşəcəyik".