Makron İrəvandan sonra Xankəndiyə gələcək? – “99,9 faiz inanıram ki...”

Makron İrəvandan sonra Xankəndiyə gələcək? – “99,9 faiz inanıram ki...”
"Emmanuel Makron bu avantüraya gedərsə, Bakı Parislə diplomatik münasibətləri ən aşağı səviyyəyə endirəcək”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Fransa Prezidenti Emmanuel Makronun İrəvana səfərilə bağlı danışarkən deyib.

"Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfər edəcəyilə bağlı məlumatı Nikol Paşinyan verib. Bu məlumat Fransa hökuməti və Makronun özü tərəfindən təsdiq olunmayıb. Ona  görə də Makronun Ermənistana səfər edəcəyi barədə məlumat dezinformasiyaya daha çox oxşayır. Görünür, Paşinyan bununla daxili siyasi vəziyyəti sabitləşdirmək və Rusiyaya qarşı əks addımlar atmaq niyyətilə belə bir açıqlama verib”, - deyə politoloq vurğulayıb.

Onun həmçinin Xankəndinə də getmək kimi avantürist niyyətə düşəcəyi barədə yayılan informasiyalara münasibət bildirərkən politoloq buna inanmadığını söyləyib:
 
"Amma Makron həmin avantürist addıma getsə, Azərbaycan Fransanın ATƏT-in Minsk qrupunda fəaliyyətinin dayandırılması barədə bəyanatla çıxış edəcək. Bakı artıq Parisin Minsk qrupunda fəaliyyət göstərməsini istəməyəcək. Diplomatik münasibətlər ən aşağı səviyyəyə endiriləcək. 99,9 faiz inanıram ki, Makron nəinki Xankəndiyə gələcək, heç Ermənistana səfər etməyəcək”.
 
Rüfət SULTAN
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...