Mahirdən sonra bacısı da soyadını dəyişdi

Mahirdən sonra bacısı da soyadını dəyişdi

"Qarabağ”ın futbolçusu Mahir Emrelinin bacısı Ayişə də soyadını dəyişib.

"Qafqazinfo” xəbər verir ki, futbolçunun bacısı "İnstagram” hesabında "Mədətova” soyadını qardaşı kimi "Emreli” ilə əvəz edib. 

Qeyd edək ki, bir müddət öncə Mahir də "Mədətov” soyadından imtina etmişdi. Onların soyadlarını dəyişməsinə səbəb ataları prodüser Anar Mədətovun 22 illik həyat yoldaşı Elnurə Mədətovadan ayrılması və Samirə adlı vizajistlə ailə qurmaq istəməsidir.


OXŞAR XƏBƏRLƏR