Mahir Emrelinin komandası "Spartak"la qarşılaşacaq - Avropa Liqasında
İdman
09:20 / 15.09.2021
933
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.
Sfera.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.
Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gələcək.
"Spartak" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq.