Dünya

Maduro “böyük bacım” dediyi Çinə gedib

Maduro “böyük bacım” dediyi Çinə gedib
Venesuela prezidenti Niikolas Maduro Çinə səfər edib.

Sfera.az xəbər verir ki, Maduro Pekində Çinin birinci katibi Si Tzinpinlə görüşdən əvvəl "böyük bacım” dediyi Çin ilə strateji münasibətləri gücləndirmək istədiyini demişdi.

Çin OPEC üzvü Venesuelaya son 10 ildə neft tədarükü əvəzində 50 milyard dollar kredit verib. Venesuelanın Çinə 20 milyard dollar borcu var.

"Ecoanalitica” analitika şirkətinin bildirdiyinə görə, Maduro Çindən 5 milyard dollar kredit və qalan borcun ödənməsi üçün 6 ay əlavə vaxtla qayıda bilər.

Xatırladaq ki, Maduro 2017-ci ilin martında Çinə son səfərində "Çin bizim böyük bacımızdır. Böyük qardaşım Siz Tzinpini görməyimə şad olacam” demişdi.

Rəsul

Sfera.az



XƏBƏR LENTİ