Ülvi Həsənlinin iç üzünü göstərən ŞOK GÖRÜNTÜLƏR - VİDEO

Ülvi Həsənlinin iç üzünü göstərən ŞOK GÖRÜNTÜLƏR - VİDEO
...Hamı bilirdi. Seçkiləri şouya çevirəcəkləri, minlərlə seçicinin vətəndaşlıq borcunu yerinə yetirməsinə kölgə salacaqları təxmin edilirdi.

Amma bu qədər həyasızlıq, bu qədər tərbiyəsizlik, bu qədər əxlaqsızlıq və şər-şəbədə ilə insanların üstünə gələcəklərinə inanmırdıq.

Gəldilər... Stəkanda fırtına yaratmaqla hamını qaralamaq, şərləmək, şantaj etmək onların köhnə adətidir. Onlar utanmasalar, adamın üzünə də durarlar. Yeri gəlmişkən, yanvarın 28- də "Mehman – şou” da bütün dünya Mehman Hüseynovun 3 qadınla Ülvi Həsənlini necə "instruktaj edib” tədavülə buraxmaq istədiyinin və biabırçı rüsvayçılığnın şahidi oldu.

Sən demə, bu, seçki gününə ediləcək biabırçılıq və santaj üçün baş məşq imiş .

Sizə deputatliğa namizəd, digər deputatliğa namizəd Mehman Hüseynovun səlahiyyyətli nümayəndəsi (dünyada analoqu olmayan vəzifə!!) Ülvi Həsənlinin seçki günu şəxsən məntəqələrə gedərək, qorxutma kampaniyasını "həyata keçirməsi” barədə məlumat vermək istəyirik. Şəxsən ayrı-ayrı məntəqələri gəzərək şantaj, təzyiq, qorxutma kampaniyasi keçirən namizəd –Ülvi Həsənlinin iç üzünu, xislətini ortaya qoyan görüntüləri sizə təqdim edirik. Buyurun, baxın, qiymət verin..

Bu adam və adamların Binəqədinin 50 minlik seçicisini təmsil etməyə mənəvi haqqı varmı?


Ülvi Həsənlinin siyasi taleyini müəyyən edən yüzlərlə adamı, guya kimdənsə bes manat aldıqlarını iddia etmək hansı məntiqə, hansı əxlaqa sığır? Vücudu beş manata dəyməyənlərin, insanların heysiyyatı, mənliyi və vətəndaşlıq borcunun bu qədər aşağılanması rəzalətini, nəinki siyasətçi olmaq, hətta- əgər mənliyi şərəfi və ləyaqəti varsa - bu ölkədən baş götürüb getmək perspektivi də xilas edə bilməz.

Bu xalq onlara şans verdi, bacarığını göstərmək, Vətənimiz naminə nəsə xeyirli bir iş görmək fürsəti yaratdı. Bunlar isə öz qabiliyyətlərini çox net və əyani şəkildə göstərdilər.

Baxın, XVI əsrin pas atmış cəngəlliklərinin zehniyyat sahibi olan bu zavallılara bir də baxın! Və həyat bir daha göstərdi ki doğrudan da el gözü tərəzidir: bunlar düzələn deyil...


 


OXŞAR XƏBƏRLƏR