Londonda bahalı obyektləri olan rus milyarderlər - Siyahı

Londonda bahalı obyektləri olan rus milyarderlər - Siyahı
"Forbes" jurnalı Böyük Britaniyada bahalı obyektləri olan rusiyalı biznesmenlərlə bağlı hesabat hazırlayıb

 Londonda ən bahalı ev milyarder Roman Abramoviçə məxsusdur. Onun Kensinqton Pelas Qardens küçəsində yerləşən üç mərtəbəli imarəti əmlakçılar tərəfindən 170 milyon avro miqdarında dəyərləndirilir. "Milyarderlərin küçəsi" kimi məşhur olan bu küçədə Rusiya səfirliyinin binası və Kensinqton sarayı-Kembric şahzadəsi Uilyamın iqamətgahı yerləşir.

İkinci yerdə "FosAqro"nun sahibi Andrey Quryev qərarlaşıb. Hayqest Vest Hilli küçəsində yerləşən Witanhurst malikanəsi XX əsrdə inşa edilib. 8 min kvadrat metr ərazisi olan obyektin dəyəri 150 milyon avrodur.

Siyahıda "Moskva Bankı"nın keçmiş rəhbəri Andrey Borodin də var. Onun Remenham Hill küçəsində yerləşən 80 hektar əraziyə malik "Park Palace" malikanəsinin 300 illik tarixi var. Dəyəri 150 milyon avro olan villaya Moskvanın Tver rayon məhkəməsi həbs qoyub.

Dördüncü yerdə "Qazprom"un eks-top-meneceri Andrey Qontsarenko qərarlaşıb. "Hanover Lodge" yaşayış binası Ricents-parkda yerləşir. Qontsarenko 2004-cü ildə obyektə 120 milyon avro xərcləyib. Lakin ekspertlərin qiymətləndirməsinə görə, hazırda bu ev 130 milyon avro dəyərindədir.

Bundan başqa, o, 2012-ci ildə Sent-Ceyms küçəsində 102 milyon avroya aldığı malikanəyə sahibdir.

"Lukoyl" şirkətinin ortaqlarından biri Leonid Fedunun oğlu Anton Fedun Harrinqton-roud küçəsində yerləşən 100 milyon avro dəyərində "Ampersand" otelinə sahibdir. O, buranı 2013-cü ildə atasının verdiyi vəsait hesabına əldə edib.

"Nveşekonbank"ın keçmiş rəhbəri Vladimir Çernuhinin Poultri küçəsində altı mərtəbəli malikanəsi var. Dəyəri 85 milyon avrodur.

Növbəti yerdə "LetterOne Holdings"in rəhbəri Mixail Fridman qərarlaşıb. O, 80 milyon avro dəyərində "Athlone" malikanəsinə sahibdir.

Milyarder Vladimir Slutskerin eks-arvadı Olqa boşanma prosesindən sonra Londonda 70 milyon avroluq ev alıb.

OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...